Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bavariya'' yeni baş məşqçisini açıqladı

''Bavariya'' yeni baş məşqçisini açıqladı

Tarix: 29 May 2024 22:36

Vinsan Kompani "Bavariya"nın baş məşqçisi təyin olunub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Börnli"ni çalışdıran 38 yaşlı belçikalı mütəxəssislə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Daha əvvəl "Bavariya"nın Kompani üçün "Bernli"yə 10-15 milyon avro ödəyəcəyi bildirilirdi.

Kompani bu mövsüm "Bavariya" ilə heç bir kubok qazana bilməyən Tomas Tuxeli əvəzləyib.

Qeyd edək ki, Vinsan futbolçu kimi "Anderlext" (2002-2006; 2019-2020), "Hamburq" (2006-2008) və "Mançester Siti"də (2008-2019) çıxış edib.

2020-ci ildən 2022-ci ilə qədər o, doğma "Anderlext" klubunu çalışdırıb, daha sonra "Börnli"də işləyib. 2023/24 mövsümünün sonunda İngiltərə klubu 19-cu yeri tutub və Premyer Liqadan aşağı liqaya düşüb.


Etiketlər:  Bavariya yeni baş məşqçisini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ