Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2024 08:20
AB üçün əsas təhlükə Rusiya deyil, ideologiyanı əhalinin maraqlarından üstün tutan AB rəhbərliyidir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Macarıstan Baş naziri Viktor Orban çıxış edib.
"Avropa müharibə təhlükəsi ilə üz-üzə deyil. Ən təhlükəlisi, məncə, Avropa Birliyinin ideoloji rəhbərliyi olaraq qalır. Bir çox AB-yə üzv dövlətlərdə olduğu kimi Brüsseldə də xalqa xidmət etməkdənsə, müəyyən əsas prinsiplərə və ya müəyyən siyasi dəyərlərə xidmət etməyin daha vacib olduğu fikri yayılıb. Bu qəribədir. Mənim üçün birinci missiyamız xalqlarımızın mənafeyinə xidmət etməkdir", - Orban qeyd edib.