Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2024 10:48
Türkiyədə qırıcı təyyarələrin müşayiəti üçün səsdən sürətli ANKA-3 PUA-sı ilə bağlı işlərə başlanıb.
Sonxeber.net xəbər verir ki, TAI (Turkish Aerospace Industries) şirkəti bəyan edib ki, səsdən sürətli, 2 mühərrikli ANKA-3 PUA-sı istehsala hazırlıq mərhələsi başa çatmaqda olan KAAN qırıcısının müşayiəti üçün nəzərdə tutulub.
2028-ci ildə ilk 20 KAAN qırıcısı Türkiyə Hərbi-Hava Qüvvələrinə təhvil veriləcək.
ANKA-3 sisteminin texniki xüsusiyyətləri aşağıdakılardır:
ANKA-1 və ANKA-2 ilə ümumi avionika memarlığı və Yerüstü İdarəetmə Stansiyası
Aşağı radara görünmə qabiliyyəti
Yüksək sürətli manevr
Yüksək faydalı yük qabiliyyəti
LoS/BLOS (Peyk İdarəetməsi)
Maksimum uçuş çəkisi: 6500 kq
Faydalı Yükgötürmə qabiliyyəti: 1200 kq
Xidmət hündürlüyü: 40kft
Dözümlülük: 10 saat @ 30kf
Kreyser Sürəti: 250kts/0.42M @ 30kf
Maksimum Sürət: 425kts/0.7M @ 30kf