Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya mayın son günü nəyi qeyd edir?

Dünya mayın son günü nəyi qeyd edir?

Tarix: 31 May 2024 08:32

Hər il mayın 31-də "Ümumdünya Tütünsüz Günü" qeyd olunur.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu bayram 1987-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə yaranıb.

ÜST xəbərdarlıq edir ki, tütün epidemiyası tarixdə bəşəriyyət üçün ən təhlükəli təhdidlərdən biridir.

Təşkilatın statistikasına görə, dünyada hər il 8 milyondan çox insan siqaretlə əlaqəli xəstəliklərdən ölür, o cümlədən onların 1,3 milyonu passiv siqaret çəkənlərdir.

ÜST-nin Avropa Regionunda 13-15 yaş arası oğlanların 11,5%-i və qızların 10,1%-i tütündən istifadə edir.

2024-cü ildə bu gün "Uşaqları tütün sənayesinin müdaxiləsindən qorumaq" devizi altında qeyd olunacaq.

İctimai səhiyyə fəalları tütün məmulatlarının gənclərə zərərli təsirləri barədə ictimaiyyəti maarifləndirmək üçün növbəti dəfə güclərini birləşdirəcəklər.


Etiketlər:  Dünya mayın günü nəyi qeyd edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ