Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2024 16:36
"Dünya çempionatından əvvəl öz çəkimdə lider idim".
Sonxeber.net xəbər verir ki, bunu İdman.Biz-ə Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov (73 kq) deyib.
Dünya çempionu reytinqdə bütün çəki dərəcələri üzrə mütləq lider olmasına münasibət bildirib. Heydərov bildirib ki, mundialı qazandıqdan sonra birinci olacağına inanıb: "Təbii ki, bu durum məni çox sevindirir. Çox gözəl hisslər yaşayıram. Bu uğurumun memarı Elnur Məmmədlidir. Ən böyük məqsədim Paris-2024 Yay Olimpiya Oyunlarında da qalib olub, ili uğurla yekunlaşdırmaqdır".
Dünya çempionu Olimpiadaya hazırlıq planından da danışıb: "Hazırda Qubada təlim-məşq toplanışındayıq. Elnur müəllimlə birlikdə ciddi hazırlaşırıq. Qarşıdakı planlarda xaricdə və Bakıda təlim-məşq toplanışları olacaq. Tam məsuliyyətlə bütün hazırlıqlarda formamı daha da yüksəldəcəm".
Qeyd edək ki, Heydərov Abu-Dabidəki qələbəsindən sonra uzun müddət turnir cədvəlinə başçılıq edən belçikalı Matias Kasseni (81 kq) keçib.