Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2024 18:22
Tehran meri Əlirza Zəkani növbədənkənar prezident seçkilərində namizəd olmaq üçün qeydiyyatdan keçib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Əlirza Zəkani 2021-ci ildəki seçkilərdə namizəd olsa da, İbrahim Rəisinin lehinə geri çəkilmişdi.
Zəkani insan haqlarının pozulmasına görə Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalıb. O, SEPAH-ın Tələbə Bəsic Təşkilatının rəhbəri olub.
Xameneinin ofisinin nüfuzlu adamlarından biri kimi tanınan Vahid Həqaniyan da bu gün prezident seçkilərində namizəd olmaq üçün qeydiyyatdan keçib. Mostazafan Fondunun prezidenti, mühafizəkar siyasətçi Pərviz Fəttah isə bugünkü açıqlamasında seçkilərdə iştirak etməyəcəyini bildirib.
Xatırladaq ki, İbrahim Rəisinin vəfatı ilə əlaqədar iyunun 28-də İranda nöbədənkənar prezident seçkiləri keçiriləcək. Qeydiyyatın üçüncü günündə indiyədək 13 nəfər qeydiyyatdan keçib. Ölkə Seçki Qərargahının sözçüsü Möhsün Eslami bildirib ki, 3 qadın seçkilərdə iştirak üçün qeydiyyatdan keçməklə bağlı müraciət etsə də, onlar vəsiqə qazanmayıb.