Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

Tarix: 23 Noyabr 2019 17:39

Bakı. Trend:

Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Feysəl bin Muammar Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: "Zati-aliləri. Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinin yüksək səviyyədə təşkil olunması münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Dünya liderləri və nümayəndələri tədbir zamanı aparılan müzakirələr və qəbul olunmuş bəyannamə ilə ekstremizm, ksenofobiya və diskriminasiyaya qarşı mübarizədə qlobal dialoqun və ümumbəşəri həmrəyliyin əhəmiyyətini bir daha vurğuladılar.

Bu Sammit, həmçinin iki əlamətdar hadisə - Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi ilə eyni vaxta təsadüf etdi. Allahşükür Paşazadə Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin İdarə Heyətinin çox hörmətli üzvüdür.

Təəssüflər olsun ki, din və müxtəlifliklə bağlı hadisələr bəzən icmalar arasında ümidsizliyə və dağıdıcı mənbələrə çevrilir. Halbuki həm din, həm də müxtəliflik ümumi cəmiyyətimizdə bizi birləşdirən həqiqət və fakt kimi qəbul olunmalıdır.

Məhz bu cür tədbirlər dinlərarası və sivilizasiyalararası dialoqun mədəniyyətlər arasında körpü rolunu oynaması və müasir dövrün problemlərinin həll olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Dialoq istər dini, istər mədəniyyət kontekstində Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin mandatının əsasını təşkil edir və təşkilatın məqsədi dünya dini liderləri və siyasətçilərini bir araya gətirərək dünyamızı narahat edən problemlərin həllində ortaq məxrəcin tapılmasıdır.

Mən, həmçinin fürsətdən istifadə edib, Sizinlə görüşümüz zamanı həlli vacib olan ortaq problemlərlə bağlı apardığımız məzmunlu müzakirələrə görə Sizə minnətdarlığımı bildirirəm. Bir daha qeyd etmək istəyirəm ki, dialoqun gücü həm bu gün, həm də gələcəkdə sülhə və tərəqqiyə, insan ləyaqətinə hörmət olunmasına aparan yeganə yoldur.

Sizə bir daha ən yüksək ehtiramımı bildirmək istəyirəm".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Beynəlxalq Dinlərarası Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ