Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Doqquzuncu mərtəbədən yıxılan uşaq sağ qaldı

Doqquzuncu mərtəbədən yıxılan uşaq sağ qaldı

Tarix: 3 Iyun 2024 11:04

Moskvada (Rusiya) həkimlər yaşayış binasının pəncərəsindən yıxılan uşağı xilas ediblər.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb.

Hadisə Reytovskaya küçəsində yerləşən binada baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının məlumatına görə, üç yaşlı qız doqquzuncu mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb.

Hadisədən sonra uşaq xəstəxanaya yerləşdirilib. Xəsarətlərin xarakteri və azyaşlının vəziyyəti barədə məlumat verilmir.

Hazırda ekspertlər hadisənin bütün hallarını müəyyənləşdirirlər. Bundan əlavə, prosessual yoxlama aparılır. Bütün fəaliyyətlərə prokurorluq nəzarət edir.


Etiketlər:  Doqquzuncu mərtəbədən yıxılan uşaq sağ qaldı


RƏYLƏR