Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mourinyonun “Fənərbaxça”dan ilk istəyi bu oldu

Mourinyonun “Fənərbaxça”dan ilk istəyi bu oldu

Tarix: 3 Iyun 2024 18:40

"Fənərbağça" ilə müqavilə imzalayan Joze Mourinyo klub rəhbərliyinə hələlik heç bir futbolçunu göndərməməyi tapşırıb.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, Mourinyo bütün futbolçuların qalmasını istəyib. Məlumata görə, Mourinyo bu barədə "Fənərbaxça"nın idman direktoru Branko ilə danışıb."Fənərbağça"nın matçlarını izləyən Joze Mourinyo Branko ilə görüşlərində "Heç kimi satmayın, hər kəsi komandada görmək istəyirəm" deyə bildirib. "Fənərbağça" rəhbərliyi də astronomik təkliflər gəlməyəcəyi təqdirdə futbolçuları satmayacağını bildirib.

Qeyd edək ki, Joze Mourinyo "Fənərbağça" ilə müqavilə imzalayıb.


Etiketlər:  Mourinyonun Fənərbaxçadan istəyi oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ