Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kanlaon vulkanı oyandı: 5 min metr hündürlüyə püskürdü

Kanlaon vulkanı oyandı: 5 min metr hündürlüyə püskürdü

Tarix: 4 Iyun 2024 14:08

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu Kanlaon vulkanının püskürdüyünü açıqlayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, püskürmə təxminən altı dəqiqə davam edib və beş min metr hündürlüyə kül yayılıb.

Püskürmə ilə əlaqədar Filippində ikinci səviyyəli təhlükə elan edilib. Bu o deməkdir ki, vulkanda əlavə partlayışlar ola bilər.

Vulkanologiya və Seysmologiya İnstitutu xəbərdarlıq edib:

"Mülki aviasiya orqanları pilotlara vulkanın zirvəsi yaxınlığında uçmaqdan çəkinməyi tövsiyə etməlidir, çünki hər hansı bir qəfil püskürmə nəticəsində yaranan emissiyalar hətta təyyarələr üçün də təhlükəli ola bilər".


Etiketlər:  Kanlaon vulkanı oyandı metr hündürlüyə püskürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ