Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəy öz toyunda iştirak üçün min avro ödədi

Bəy öz toyunda iştirak üçün min avro ödədi

Tarix: 4 Iyun 2024 19:34

İspaniyanın Mayorka adasında Konnor Lorimer adlı 29 yaşlı Britaniya sakini sərxoş halda əlbəyaxa dava edib və öz toyu öncəsi həbsxanaya düşüb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, Lorimer və onun yeddi həmyerlisi nüfuzlu Balneario İlletas klubunun çimərliyində spirtli içki qəbul edərək, digər istirahət edənləri narahat ediblər. Ofisiantlar onlardan dənizə zibil atmamağı xahiş edib. İngilislər buna aqressiv reaksiya verib və restoran işçiləri ilə əlbəyaxa dava başlayıb.

Onlar qadın ofisiantı tutub quma atıblar. Bunu görən oğlan ofisiant polisə müraciət edib. Turistlər saxlanılmazdan əvvəl iki polis əməkdaşını da yaralayıblar. Qeyd olunur ki, bəy, onun ən yaxın adamı və dostları iki gecəni dəmir barmaqlıqlar arxasında keçirib. Toy günü isə həbsdən azad olunmaq üçün min avro ödəyiblər.

Ancaq Lorimer baş verənlərə baxmayaraq, toydan həzz almağı bacarıb. Eyni zamanda Palma-de-Malyorka məhkəməsinin nümayəndələri britaniyalı turistlərin işinin bağlanmadığını və onların daha sonra məhkəməyə çağırılacağını vurğulayıblar.


Etiketlər:  Bəy toyunda iştirak üçün avro ödədi


RƏYLƏR