Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvan-Sevan yolunda hərəkət bərpa edildi - YENİLƏNİB - VİDEO - FOTOlar

İrəvan-Sevan yolunda hərəkət bərpa edildi - YENİLƏNİB - VİDEO - FOTOlar

Tarix: 7 Iyun 2024 11:06

11:05

İrəvan-Sevan yolunda dünən baş verən partlayışdan sonra avtomobillərin hərəkəti tam bərpa edilib.

"Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. 

Xatırladaq ki, iyunun 6-da axşam saatlarında İrəvan-Sevan yolunda yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Belə ki, məntəqədə maye qaz çənləri partlayıb və nəticədə yanğın başlayıb. İnsident zamanı 7 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

---------
07:39

Ermənistanın Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 7 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Hazırda yanğın söndürülüb. Yanğınsöndürənlər yeni partlayışın qarşısını almaq məqsədilə ərazidə soyutma işləri aparır.

******
00:39

Ermənistanın Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində baş verən güclü partlayış və yanğın nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

******
00:12

İrəvanın yaxınlığındakı Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Baqramyan 26" teleqram kanalı bildirib.

"Abovyan şəhərində qazdoldurma məntəqəsində partlayış baş verib. Təfərrüatlar hələlik məlum deyil", - kanalda qeyd olunub.

"911 xidmətinə İrəvan-Sevan yolunun 2-ci kilometrliyində yanacaqdoldurma məntəqələrindən birində partlayış olduğu, nəticədə yanğın baş verdiyi barədə məlumat daxil olub. Oraya Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin döyüş briqadaları göndərilib. Ətraflı məlumat veriləcək", - ölkənin Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

Milli.Az


Etiketlər:  İrəvan Sevan yolunda hərəkət bərpa edildi YENİLƏNİB VİDEO FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ