Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dondurmanı bu üsulla yesəniz kökəlməyəcəksiniz

Dondurmanı bu üsulla yesəniz kökəlməyəcəksiniz

Tarix: 7 Iyun 2024 03:06

"Dondurmanın tərkibində lif çox azdır, lakin zülal, yağ və karbohidratlar çoxdur, ona görə də dondurma kökəlməyə səbəb olur. Bunun qarşısını almaq üçün desertə meyvə əlavə etmək və ya dondurmadan əvvəl meyvə yemək lazımdır".

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə diyetoloq rusiyalı Nuriya Dianova danışıb.

"Dondurmadan əvvəl bir az meyvə yesəniz, desertə lif əlavə olunacaq və daha uzun müddət tox qalacaqsınız. Arıqlama zamanı bunu nəzərə almaq vacibdir. Əgər artıq çəkiniz yoxdursa, hər gün bir dondurma yeyə bilərsiniz. Əgər əlavə çəkiniz varsa, həftədə bir dəfə dondurma yemək kifayət edəcək", - deyə Dianova izah edib.

Dondurma seçərkən qatqısız və cemsiz adi dondurmaya üstünlük vermək lazımdır, beləliklə siz qida rasionunuzdan artıq şəkəri xaric etmiş olarsınız.


Etiketlər:  Dondurmanı üsulla yesəniz kökəlməyəcəksiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ