Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəhreynin Kralı İlham Əliyevi təbrik edib

Bəhreynin Kralı İlham Əliyevi təbrik edib

Tarix: 7 Iyun 2024 14:57

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri Prezident İlham Əliyev.

Dost ölkənizin Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı və hökuməti adından və öz adımdan Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayırıq.

Zati-alinizə ən yüksək ehtiramımızı bildiririk".

Milli.Az


Etiketlər:  Bəhreynin Kralı İlham Əliyevi təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ