Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranlılar Rəisi ilə “əhd bağlaya” biləcək

İranlılar Rəisi ilə “əhd bağlaya” biləcək

Tarix: 7 Iyun 2024 20:54

Mayın 19-da helikopter qəzasında ölən İran Prezidenti İbrahim Rəisi ilə bağlı daha bir təbliğat kampaniyası başladılır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Buşəhr əyalətinin İrşad İdarəsinin rəhbəri Əbdülrəhim Əfruq məlumat yayıb.

Onun sözlərinə görə, "İbrahimlə əhd" adlı kampaniya ilk olaraq bu əyalətdə başlayacaq.

"İbrahim Rəisinin əli yuxarıda olan fotosu dayanacaqlar və ictimai yerlərdə quraşdırılacaq. Vətəndaşlar fotoya toxunaraq, onunla əhd bağlayıb, yolunu davam edəcəklərinə söz verəcəklər", - Əfruq deyib.


Etiketlər:  İranlılar Rəisi ilə əhd bağlaya biləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ