Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan yığması Albaniyaya məğlub oldu - YENİLƏNİB

Azərbaycan yığması Albaniyaya məğlub oldu - YENİLƏNİB

Tarix: 7 Iyun 2024 23:36

-------
​23:35

Bu gün futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununa çıxıb.

Milli.Az xəbər verir ki, komandamız Macarıstanda Albaniya ilə qarşılaşıb.

Matç millimizin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də eyni məkanda Qazaxıstan ilə qarşılaşacaq.

-------
21:32

Bu gün beynəlxalq yoldaşlıq görüşündə üz-üzə gələcək Azərbaycan və Albaniya yığmalarının start heyətləri açıqlanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, milli komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Aleksey İsayev, Coşqun Diniyev, Emin Mahmudov, Ramil Şeydayev, Mahir Emreli, Toral Bayramov.

Albaniya: Strakoşa, Hysaj, Ajeti, Cimsiti, Mitay, Asllani, Ramadani, Bayrami, Asani, Broxa, Seferi.

Qeyd edək ki, Macarıstandakı "Haladas SportKomplexum"da baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

***

Albaniya - Azərbaycan matçı start götürdü.

***

Bayrami matçın 12-ci dəqiqəsində hesabı açdı: 1-0.

Milli.Az


Etiketlər:  Azərbaycan yığması Albaniyaya məğlub oldu YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ