Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2024 07:08
Son dövrlər sosial şəbəkədə vətəndaşlara onlayn şəkildə istixarə xidməti göstərən səhifələrin sayı artıb.
Sonxeber.net baku tv-yə istinadən bildirir ki, istixarə görüləcək işin xeyir gətirib-gətirməyəcəyinin yoxlanılması məqsədilə müqəddəs "Quran" kitabının açılması deməkdir.
İlahiyyatçı Ağa Hacıbəylinin sözlərinə görə, dinimizdə istixarə ilə bağlı bir qadağa yoxdur. Lakin istixarə etməyin öz qaydaları var və hər insan bu işi görə bilməz:
"Bu işlə məşğul olan bəzi şəxslər insan psixologiyasından xəbərdar olduqlarından xüsusən gənc qızları, oğlanları, həssas dövrdə olan insanları öz tələlərinə sala bilirlər. Ümumiyyətlə, istixarə ilə istiqbala, gələcəyə dair verilən bütün mesajların heç bir hökmü, elmi əsası yoxdur".