Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2024 10:04
"Süni intellekti dəstəkləyən smartfonların istehsalçıları əvvəlcə məxfilik problemini həll etməlidirlər".
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə "The Register" ekspertlərinin "Canalys" analitiklərinin hesabatından sonra dərc etdiyi məqalədə bildirilib.
Belə ki, hesabatda bu il dünyada satılan smartfonların 16%-nin süni intellektlə təchiz ediləcəyi qeyd olunub. Üstəlik, 2028-ci ilə qədər bu rəqəm 54%-ə yüksələcək.
Jurnalistlərin fikrincə, gələcəyin telefonları ilə bağlı əsas problem onların istifadəçilərin şəxsi məlumatlarını necə emal edəcəyi ilə bağlı olacaq. Analitiklər əmindirlər ki, əsas təhlükələr bununla bağlı olacaq.
"Canalys" mütəxəssisləri fərdiləşdirməni süni intellekt qadcetlərinin əsas xüsusiyyəti adlandırıblar. Belə qurğular daim istifadəçi haqqında məlumat toplayır, ondan müxtəlif informasiyalar alır və öz serverlərində saxlayır. Bunun sayəsində smartfon istehsalçıları və operatorları əlavə pul qazana biləcəklər. Lakin önəmli olan onların müştərilərin şəxsi məlumatlarını necə idarə etmələridir.
Hesabatda deyilib ki, firmanın sorğusuna qatılan istifadəçilərin əksəriyyəti süni intellektin onların məlumatlarını necə emal edəcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər.
"Süni intellektlə işləyən smartfonların uğuru təkcə texnoloji tərəqqidən deyil, həm də bu texnologiyaların gündəlik istehlakçı təcrübələrinə etik və effektiv şəkildə inteqrasiya etmək qabiliyyətindən də asılı olacaq", - deyə tədqiqat müəllifləri yekunlaşdırıblar.