Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2024 21:54
İran xalqı ciddi sınaqlardan keçir. Ölkənizin hərtərəfli strateji tərəfdaşı olan Çin İran hökumətini və xalqını dəstəkləyir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Çin xarici işlər naziri Vanq Yi BRİKS Xarici İşlər Nazirləri Toplantısının keçirildiyi Nijni Novqorodda İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani ilə görüşündə bildirib.
"İranda prezident seçkilərinin rahat keçməsini arzu edirəm", - Yi vurğulayıb.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.