Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fidan rusiyalı rəsmilərlə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini müzakirə etdi

Fidan rusiyalı rəsmilərlə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini müzakirə etdi

Tarix: 10 Iyun 2024 22:54

Rusiyada rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin ilə görüşüb.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Sabah" qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl H. Fidan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar aparıb.

Qeyd olunub ki, görüşlərdə Ukraynadakı nizamlanma, Qəzza zolağında, Suriyadakı vəziyyət və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı müzakirələr aparılıb.

Fidan Rusiyaya səfəri çərçivəsində BRİKS+ ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Onun rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacağı gözlənilir.


Etiketlər:  Fidan rusiyalı rəsmilərlə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini müzakirə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ