Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arı sancan kişi öldü - FOTO

Arı sancan kişi öldü - FOTO

Tarix: 11 Iyun 2024 11:50

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda 48 yaşlı Lokman Kaynar adlı kişi özünün yetişdirdiyi arıların sancması nəticəsində həyatını itirib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bal istehsalçısı olan Lokman Kaynar arılara baxmaq üçün pətəklərin yanına gəlib. Bu zaman bir qrup bal arısı kişiyə hücum edərək onu sancıb.

Lokman Kaynar allergik şok keçirib və nəfəs almaqda çətinlik çəkməyə başlayıb. Ailəsi dərhal təcili yardım çağırıb. Nəfəsi dayanan kişi təcili xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Etiketlər:  Arı sancan kişi öldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ