Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Dedi ki, Moskvada ciddi işim var”

“Dedi ki, Moskvada ciddi işim var”

Tarix: 13 Iyun 2024 17:25

Mərhum Xalq artisti İlhamə Quliyevanın itkin düşən övladlıq oğlu Orxan Nadirovla bağlı yeni faktlar üzə çıxıb. 

Milli.Az olay-a istinadən bildirir ki, bu barədə "Səni axtarıram" verilişində danışılıb. Orxanın dostu efirə telefon bağlantısı ilə qoşularaq onun məşğul olduğu işlər haqqında məlumat verib:

"Elə şeylər var ki, efirdə danışmaq olmaz. Dörd ildir onunla dost idim. Orxan restoran işlədirdi. Bizim ortaq tanışlarımız var idi, onların vasitəçiliyi ilə dost olmuşduq. Eşitdiyimə görə, kriptovalyuta ilə məşğul olurdu. Orxan istəyirdi ki, avtomobillər alsın, taksilərə versin. Yaxud Gürcüstandan avtomobil gətirib satmaq istəyirdi. Demişdi ki, nəsə Moskvada ciddi bir işi var. O, 8 ay özünü məndən, sizdən gizlədə bilər, amma anasından mümkün deyil".

Milli.Az


Etiketlər:  Dedi ki Moskvada ciddi işim var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ