Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2024 21:50
Malidə qızıl mədənində şaxtanın çökməsi nəticəsində azı 21 nəfər ölüb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "RFI" radiostansiyası məlumat yayıb.
Qeyd olunub ki, hadisə iyunun 8-də ölkənin cənubundakı Kalana kommunasında baş verib.
Dağıntılar altında daha çox işçinin qaldığından ölənlərin sayı arta bilər.
Qeyd olunub ki, həlak olan mədənçilərin yaşı 15-20 yaş arasında olub.