Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırğızıstanla imzalanmış saziş təsdiqləndi

Qırğızıstanla imzalanmış saziş təsdiqləndi

Tarix: 14 Iyun 2024 14:00

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"in təsdiq edilməsi barədə fərman imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş" təsdiq edilib.

Bu fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərməlidir.


Etiketlər:  Qırğızıstanla imzalanmış saziş təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ