Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Adana Demirspor''un sabiq baş məşqçisi Azərbaycan klubunda

''Adana Demirspor''un sabiq baş məşqçisi Azərbaycan klubunda

Tarix: 15 Iyun 2024 11:56

İbrahim Uzunca "Füzuli" klubunun baş məşqçisi olub.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, 62 yaşlı, UEFA PRO kateqoriyalı və TFF 1-ci liqasında çalışmış məşqçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İbrahim Uzunca 2011-ci ildən etibarən fasilələrlə "Lokomotiv Biləcəri", "Bakı" FK, "Şahdağ" Quba və "Xan Lənkəran" klublarının çalışdırıcısı olub.

Türkiyədə isə - "Adana Demirspor", "Kayseri Erciyesspor", "Pozantı Genclik", "Kadirli Demir" və "Osmaniyespor" klublarının baş məşqçisi postunda çalışıb.

Milli.Az


Etiketlər:  Adana Demirsporun sabiq baş məşqçisi Azərbaycan klubunda


RƏYLƏR