Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu türk ölkəsi Almaniyaya 1 milyon ton neft göndərir

Bu türk ölkəsi Almaniyaya 1 milyon ton neft göndərir

Tarix: 16 Iyun 2024 07:22

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu ilin ilk beş ayında bu ölkədən Almaniyaya təxminən 500 min ton neft göndərilib.

Bildirilir ki, iyun ayının 14-də "KazMunayGaz"ın idarə heyətinin sədri Asxat Xasenov Astanada "Karachaganak Petroleum Operating B.V." şirkətinin baş direktoru Marko Marsili ilə görüşüb.

Tərəflər Qazaxıstan karbohidrogenlərinə Qərbi Avropada artan tələbat fonunda "Karachaganak" yatağından çıxarılan neftin ixracını müzakirə ediblər.

Qeyd olunub ki, 2023-cü ildə "Karachaganak" yatağından çıxarılan təxminən 1 milyon ton neft ilk dəfə "KazTransOil" və "Transneft" nəqliyyat sistemləri vasitəsilə Almaniyaya çatdırılıb.


Etiketlər:  türk ölkəsi Almaniyaya milyon neft göndərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ