Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qalatasaray"ın prezidentinin sərvəti bilindi - Mal-mülkünün SİYAHISI - FOTO

Tarix: 18 Iyun 2024 12:44

İkinci dəfə "Qalatasaray" İdman Klubunun prezidenti olan Dursun Özbek var-dövləti ilə maraq doğurur. 

Milli.Az manset.az-a istinadən xəbər verir ki, o, tanınmış iş adamıdır. Xüsusilə avtomobil və turizm sektorlarında mühüm rol oynayır.

Türkiyənin ən varlı adamları sırasında olduğu üçün hər il Forbes jurnalında onun haqqında məqalə dərc olunur.

Özbek Qalatasaray Liseyini və İstanbul Texniki Universitetinin maşın mühəndisliyi fakültəsini bitirib. 

1974-cü ildən bəri avtomobil sektorunda fəaliyyət göstərir.

1988-ci ildən isə İstanbul və Ankarada Nippon və Point Hotel şəbəkələri, Antalyada isə Kimeros və Mabiçe otelləri ilə turizm sektorunda həm investor, həm də sahibkar kimi fəaliyyət göstərir.

Mesude Özbeklə ailəlidir. Cütlüyün Gökhan Özbek və Neslihan Özbek adlı iki övladı var.

Qeyd edək ki, "Qalatasaray"ın prezidentinin sərvəti təxmini  300 milyon dollar civarındadır.

Milli.Az


Etiketlər:  Qalatasarayın prezidentinin sərvəti bilindi Mal mülkünün SİYAHISI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ