Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çanaqqaladakı meşə yanğını məhdudlaşdırıldı - Yenilənib

Çanaqqaladakı meşə yanğını məhdudlaşdırıldı - Yenilənib

Tarix: 19 Iyun 2024 17:26

17:20
 

Türkiyənin Çanaqqala vilayətində dünən axşamdan başlayan meşə yanğını məhdudlaşdırılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı məlumat verib.

---------
09:20


Türkiyənin üç vilayətində meşə yanır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Çanaqqala və Uşakda dünən axşamdan başlayan yanğınlar davam edir. Həmçinin, İzmirin Dikili rayonunda gecədən başlayan yanğın küləyin təsiri ilə ətraf ərazilərə yayılıb.

Hazırda hər üç istiqamətdə yanğına havadan və qurudan müdaxilələr davam edir.

Məlumata görə, Uşakda bəzi evlərdəki insanlar təxliyə edilib. İzmirdə isə balıq təsərrüfatına və bir evə ziyan dəyib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Milli.Az


Etiketlər:  Çanaqqaladakı meşə yanğını məhdudlaşdırıldı Yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ