Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

32 yaşında karyerasını sonlandırdı

32 yaşında karyerasını sonlandırdı

Tarix: 19 Iyun 2024 12:10

Azərbaycan millisinin sabiq üzvü Ağabala Ramazanov futbolçu karyerasını başa vurub.

Milli.Az xəbər verir ki, bu barədə "Səbail"dən ayrılan oyunçu özü sosial şəbəkə hesabında bildirib.

32 yaşlı futbolçu bu qərarın çox ağır və üzücü olduğunu söyləyib.

"Çox ağır və üzücü olsa da, futbolçu kimi karyeramı bitirməyi qərara aldım. Çox sevdiyim futbolu sonlandırmaq məcburiyyətindəyəm. Özümə yeni səhifə açmağın zamanı gəldiyini düşünürəm. Çox ağır zədə almışdım, şükür ki, ailəmin və sevdiklərimin yanındayam. Hər şeyin sonu olduğu kimi, futbol oynamağın da bir sonu var. Azərbaycan millisində və klublarda çıxış etdiyim bütün komanda yoldaşlarıma öz təşəkkürümü bildirirəm, hər kəsə uğurlar!", - deyə o, bildirib.

Qeyd edək ki, A. Ramazanovun sonuncu klubu "Səbail" olub.

Milli.Az


Etiketlər:  yaşında karyerasını sonlandırdı


RƏYLƏR