Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-də 500 min miqrant vətəndaşlıq ala bilər

ABŞ-də 500 min miqrant vətəndaşlıq ala bilər

Tarix: 19 Iyun 2024 12:08

ABŞ prezidenti yüz minlərlə qanunsuz miqranta vətəndaşlıq hüququ verməklə bağlı göstəriş verib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Ağ Ev administrasiyası yaxın aylarda ABŞ vətəndaşlarının hüquqi statusu olmayan ərlərinin (arvadlarının) daimi yaşayış hüququ və ölkəni tərk edib qayıtmağa ehtiyac qalmadan vətəndaşlıq üçün müraciət etmələrinə icazə verəcək.

Prezident Co Baydenin qərarı təxminən 500 min nəfəri əhatə edəcək. Bu tədbir ABŞ-da miqrantların son onilliklərdə ən geniş federal müdafiəsi hesab edilir və seçki prosesində hazırki prezidentin xeyrinə işləyəcəyi ehtimal olunur.

Qeyd edək ki, bu yaxınlarda Co Baydenin cənub sərhədlərini bağlamaqla bağlı kəskin qərarı ölkədə geniş narazılığa səbəb olmuşdu.


Etiketlər:  ABŞ miqrant vətəndaşlıq bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ