Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmişlidə bu il taxıl sahələri bir qədər azalıb

İmişlidə bu il taxıl sahələri bir qədər azalıb

Tarix: 19 Iyun 2024 22:48

İmişli rayonunda bu il taxıl əkilən sahələr azalıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, 16 min 716 hektar sahədə taxıl bitkisinin əkini aparılıb.

Keçən il bu rəqəm 17 min 914 hektara yaxın olub. Hazırda sahələrdə biçin işləri həyata keçirilir.

Qeyd edək ki, İmişli rayonunda 2024-cü ilin təsərrüfat ilində 6 min 805 hektar sahədə pambıq əkilib. Bundan başqa, 26 min 265 hektarda yem bitkiləri və 49 hektarda çoxillik bitkilər əkilib.

Milli.Az


Etiketlər:  İmişlidə taxıl sahələri qədər azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ