Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ ordusu yüksəkvəzifəli İŞİD üzvünü zərərsizləşdirdi

ABŞ ordusu yüksəkvəzifəli İŞİD üzvünü zərərsizləşdirdi

Tarix: 20 Iyun 2024 08:00

ABŞ ordusu iyunun 16-da Suriyada hava hücumu həyata keçirərək İŞİD-in yüksəkvəzifəli üzvü və vasitəçilərindən olan Usama Camal Məhəmməd İbrahim əl-Cənabini zərərsizləşdirib.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə məlumat yayıb.

CENTCOM qeyd edib ki, "onun ölümü İŞİD-in resurslar əldə etmək və terror hücumları həyata keçirmək imkanlarını pozacaq".

Bildirilib ki, əməliyyat zamanı mülki vətəndaşlardan xəsarət alan olmayıb.

"CENTCOM regiondakı müttəfiqləri və tərəfdaşları ilə birlikdə İŞİD-in əməliyyat imkanlarının azaldılması və onun davamlı məğlubiyyətinin təmin edilməsinə yönəlmiş əməliyyatları davam etdirəcək", - məlumatda vurğulanıb.


Etiketlər:  ABŞ ordusu yüksəkvəzifəli İŞİD üzvünü zərərsizləşdirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ