Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda bu bank BOKT-a çevrilir - FOTO

Azərbaycanda bu bank BOKT-a çevrilir - FOTO

Tarix: 20 Iyun 2024 12:08

"Naxçıvanbank" ASC adını və təşkilati-hüquqi formasını dəyişərək "E-Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyini elan edib.

Milli.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, "Naxçıvan Bank" 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 44 milyon manatdır. Bankın səhmlərinin 63,66 %-i Hüseyn Məmmədova, 26,52 %-i Rüfət Məmmədova, 9,82 %-i isə Binnət Novruzova məxsusdur.

Bu, Azərbaycanda bankın BOKT-a çevrilməsi ilə bağlı 2-ci təcrübədir. Bundan əvvəl "Para Bank" ASC "Para" MMC BOKT-a çevrilib.

Milli.Az


Etiketlər:  Azərbaycanda bu bank BOKT a çevrilir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ