Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saşa Yunisoğlu: “Qarabağ”a rəqibin fərqi yoxdur”

Saşa Yunisoğlu: “Qarabağ”a rəqibin fərqi yoxdur”

Tarix: 20 Iyun 2024 18:20

"Reytinqə baxsaq, "Qarabağ" həm Malta, həm də Cəbəllütariq klublardan yuxarıdadır".

Milli.Az xəbər verir ki, bunu İdman.Biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu deyib.

O, Ağdam klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində "Hamrun" (Malta) - "Linkoln" (Cəbəllütariq) cütünün qalibinə rəqib olmasını dəyərləndirib. Yunisoğlunun sözlərinə görə, "Qarabağ" Premyer Liqada ikinci yeri tutan "Zirə"ni 25 xal qabaqlaması komandanın gücündən xəbər verir: "Azərbaycan çempionu ötən mövsüm Avropa Liqasında yalnız "Bayer"i keçə bilmədi. Düşünürəm ki, bu cütdə "Qarabağ"a kimin rəqib olmasının fərqi yoxdur. Məncə, Qurban Qurbanovun komandası hər iki komandadan güclüdür və növbəti mərhələyə rahat keçəcək".

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-24-də, cavab matçları 30-31-də keçiriləcək.

Milli.Az


Etiketlər:  Saşa Yunisoğlu Qarabağa rəqibin fərqi yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ