Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bağçada dəhşət: Müəllimə uşaqları ağır xəstəliyə yoluxdurdu

Bağçada dəhşət: Müəllimə uşaqları ağır xəstəliyə yoluxdurdu

Tarix: 21 Iyun 2024 20:56

Rusiya Federasiyasının Tuva Respublikasının Çaa-Xol kəndində 20 yaşlı bağça müəlliməsi diaqnozunu bilə-bilə işini davam etdirib və bununla da 9 uşağı vərəmə yoluxdurub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, müəlliməyə qarşı uşaqların, həmçinin həmkarlarının həyat və sağlamlığına təhlükə törətdiyinə görə cinayət işi açılıb.

Müstəntiqlərin fikrincə, bağça müəlliməsi yoluxucu xəstəliyə 2022-ci ilin avqustundan 2023-cü ilin fevralına qədər yoluxub. Həmin müddətdə o, diaqnozunu gizlədib və "Günəş" adlı uşaq bağçasında işə başlayıb. Nəticədə adıçəkilən məktəbəqədər təhsil müəssisəsində vərəmin yayılmasına səbəb olub.

Milli.Az


Etiketlər:  Bağçada dəhşət Müəllimə uşaqları ağır xəstəliyə yoluxdurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ