Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2024 10:18
Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində söyləyib.
Ölkəmizin ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəltdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: "COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir".