Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“PSJ” Mbappeyə 100 milyon avro borcludur

“PSJ” Mbappeyə 100 milyon avro borcludur

Tarix: 22 Iyun 2024 22:26

Parisin "Paris Sen-Jermen" (PSJ) klubu sabiq hücumçusu Kilian Mbappeyə 100 milyon avro borcludur.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Marca" yazıb.

Belə ki, "PSJ" Mbappenin gedişini elan etdiyi vaxtdan onun maaşını ödəməyib.

Hazırda problemi həll etmək üçün fransalı forvardın nümayəndələrinin yaxın vaxtlarda klub rəhbərliyi ilə görüşəcəyi gözlənilir. Klubun futbolçuya iki aylıq maaş və bonuslar daxil olmaqla bütün məbləği ödəyəcəyi güman edilir.

Kilian Mbappe 7 ilini keçirdiyi PSJ-dən ayrıldığını bu ilin mayında açıqlamışdı. İyunun 3-də hücumçunun "Real Madrid"lə müqavilə imzaladığı rəsmən açıqlanıb.


Etiketlər:  Mbappeyə milyon avro borcludur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ