Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2024 07:32
Biz ilk 20 dəqiqəni yaxşı oynadıq.
Sonxeber.net İdman.biz-ə istinadən xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella deyib.
İtaliyalı mütəxəssis Avro-2024-ün 2-ci turunda Portuqaliyaya 0:3 hesablı məğlubiyyəti şərh edib:
"Qol vəziyyətləri yaratsaq da, ilk səhvimizdə bizi cəzalandırdılar. İkinci qol - futbolda belə hallar baş verir. Portuqaliya Avropanın ən yaxşı komandalarından biridir. Biz diqqətimizi növbəti oyuna yönəltməliyik".
Qeyd edək ki, 2 oyundan sonra hesabında 3 xal olan Türkiyə yığması qrupda 2-cidir.