Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2024 07:58
Almaniya millisinin müdafiəçisi Conatan Ta Avropa çempionatının 1/8 final görüşünü buraxacaq.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, AVRO-2024-ün qrup mərhələsinin III turunun İsveçrə ilə görüşündə sarı vərəqə alan "Bayer 04"ün (Leverkuzen) futbolçusu növbəti matçda komandasına kömək edə bilməyəcək.
28 yaşlı oyunçu I tur çərçivəsində keçirilən Şotlandiya ilə matçda da rəsmi xəbərdarlıq aldığından sarı vərəqə limitini doldurub.
Qeyd edək ki, 1/8 finalda A qrupunun ikincisi B qrupunda ikinci yeri tutan komanda ilə qarşılaşacaq. A qrupunda birinci pilləni tutan yığma isə C qupunun ikincisi ilə münasibətlərinə aydınlıq gətirəcək.