Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gecə bu qidaları yesəniz, arıqlayacaqsınız

Gecə bu qidaları yesəniz, arıqlayacaqsınız

Tarix: 24 Iyun 2024 08:06

Arıqlama prosesində yağların yandırılmasını asanlaşdıran qidalar sayəsində qısa müddətdə ideal çəkiyə çatmaq mümkündür. Mütəxəssislər xüsusilə axşam yeməyində istehlak edilən qidaların gecə boyu orqanizmin təmizlənməsində əhəmiyyətli olduğunu söyləyirlər. Günün son yeməyində istehlak edildikdə səhərə qədər maddələr mübadiləsini sürətləndirərək yağları yandırır.

Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, bunun üçün gecə yediklərinizə diqqət etməlisiniz. Bunun üçün yatmazdan əvvəl ürəyiniz nəsə istəsə, o zaman bunları yeyin:

Xərçəngdən qoruduğu sübuta yetirilən yaşıl çay bütün gecə bədəni təmizləyir və axşam istehlak edildikdə maddələr mübadiləsinin sürətini artırır.

Sağlam yağlarla zəngin olan badam və qoz kimi qoz-fındıqlara toxluq hissi yaratdığı üçün xüsusilə pəhriz prosesində üstünlük verilir. Axşam yeməklərinizdə istehlak edilən bir ovuc badam və qoz səhərlər tox oyanmağınıza kömək edəcək.

Axşam istehlak etdiyiniz bir kasa qatıqda bol miqdarda protein və probiyotik var. Həzm sistemini tənzimləyən qatıq bütün gecə orqanizmin yenilənməsini təmin edir.

Toyuq, hinduşka, balıq və yumurta kimi zülallar maddələr mübadiləsini sürətləndirir və toxluq hissi yaradır.

Ananas xüsusilə gecə istehlak edildikdə səhərə qədər bütün bədəni təmizləyir. Gecələr bədən yağını yandırmağa kömək edir və toksinlərin atılmasını asanlaşdırır. Ananas arıqlama prosesini asanlaşdırır, çəkinizdən asılı olaraq həftədə beş kiloya qədər arıqlamağa imkan verir.

Taxıl çörəkləri, yulaf ezmesi və xırda toxumlar sizi uzun müddət tox saxladıqları üçün çox faydalıdır. Mütəxəssislər karbohidratların balanslı qəbulunun çəki artımından fərqli olaraq, arıqlamağa kömək edəcəyini iddia edirlər.

İspanaq, brokoli və kələm kimi yaşıl yarpaqlı tərəvəzlərin kalorisi çox az olsa da, uzun müddət tox saxladıqları üçün arıqlamağı asanlaşdırır. Vitamin və minerallarla zəngin olan yaşıl yarpaqlı tərəvəzlər tərkibindəki lif sayəsində həzmi asanlaşdırır.


Etiketlər:  Gecə qidaları yesəniz arıqlayacaqsınız


RƏYLƏR