Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qrizmann Messi ilə münasibətlərindən danışdı

Qrizmann Messi ilə münasibətlərindən danışdı

Tarix: 25 Noyabr 2019 20:20

"Barselona"nın futbolçusu Antuan Qrizmann komanda yoldaşları - Lionel Messi və Luis Suareslə arasındakı münasibətlərindən danışıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı hücumçu bununla bağlı deyib: "Mən çox utancaq biriyəm və çox insanla yaxşı ünsiyyət qurmuram. Mən söhbətə başlaya biləcək adamlardan deyiləm. Ancaq biz Messi və Suareslə tədricən tanış oluruq. Biz artıq birlikdə nahar etmişik".

O bildirib ki, sözügedən oyunçularla münasibəti vaxt keçdikcə yaxşılışacaq: "Bu, meydanda özümüzü daha rahat hiss etməyimizə kömək olacaq".

Qrizmann Messi haqda müsbət fikirlər də səsləndirib: "Yaxın 40 ildə Messi kimi bir oyunçu görməyəcəyik. Onun etdikləri inanılmazdır".

Qeyd edək ki, Qrizmannın Messi ilə pis münasibətləri səbəbindən "Barselona"dan ayrılmaq istədiyi iddia olunurdu.

 


Etiketlər:  Qrizmann Messi ilə münasibətlərindən danışdı


RƏYLƏR