Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2024 21:46
Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının lideri Kristian Teynanın Fransaya ekstradisiyasından sonra etirazların yeni dalğası başlayıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, iyunun 24-də Teynanın Fransaya ekstradisiyasından sonra müstəqillik tərəfdarları polis maşınlarını yandırıb və yolları bağlayıblar.