Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dağıstan teraktı: Rusiya KTMT-dən yardım istəyib?

Dağıstan teraktı: Rusiya KTMT-dən yardım istəyib?

Tarix: 24 Iyun 2024 23:14

Bu cür hadisələr (Dağıstanda terror aktı - red.) xüsusilə bu cür ekstremist və terrorçu qrupların təşkilatlanmasının şəbəkə xarakterini nəzərə alsaq, regional səviyyədə vəziyyəti əhəmiyyətli dərəcədə destabilləşdirə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri TASS-a müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov deyib.

O bildirib ki, hazırda Katibliyə Rusiyadan kömək üçün heç bir müraciət daxil olmayıb:

"Bu tip problemləri uğurla həll etmək üçün Rusiyanın öz potensialı və təcrübəsi var. Bununla belə, əminəm ki, Rusiya kömək istəsə, müttəfiqlər kənarda durmayacaqlar".

Qeyd edək ki, ötən gün Mahaçqala və Dərbənddə baş verən teraktlarda 17 polis və 4 mülki şəxs ölüb.

Milli.Az


Etiketlər:  Dağıstan teraktı Rusiya KTMT dən yardım istəyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ