Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Aİ-92” və dizel bahalaşacaq

“Aİ-92” və dizel bahalaşacaq

Tarix: 25 Iyun 2024 15:48

Yaxın vaxtlarda Azərbaycanda "Aİ-92" markalı benzin və dizel bahalaşacaq.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Bakinski Burila" teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, qiymət artımı çox olmayacaq.

Həmçinin vurğulanır ki, "Aİ-92" markalı benzinin keyfiyyəti yüksək deyil və nisbətən ucuzdur.

"Faktiki olaraq aşağı qiymətlə daxili bazarda elektromobillərə keçidi ləngidirik. Bu, ilk baxışdan paradoksal görünsə də, uzunmüddətli perspektivdə bu növ yanacaqların bahalaşması həqiqətən də sərfəlidir", - teleqram kanalın həmsöhbətləri bildirib.

Qeyd edək ki, hazırda ölkədə "Aİ-92" markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelinki isə 80 qəpikdir. 


Etiketlər:  dizel bahalaşacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ