Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mahaçqalada atışma: universitet meydanı bağlandı - VİDEO

Mahaçqalada atışma: universitet meydanı bağlandı - VİDEO

Tarix: 26 Iyun 2024 07:30

Təhlükəsizlik əməkdaşları Mahaçqalanın mərkəzində, Korkmasov və Radişşov küçələrinin kəsişməsində yerləşən universitetin meydanını bağlayıblar.

Bu barədə şəhərin Lenin rayonunun Teleqram kanalında məlumat yayılıb.

******

"Priora" markalı maşında iki nəfərin atəş açması haqda daxil olan məlumatdan dərhal sonra xüsusi təyinatlılar əraziyə gəlib.

Dağıstan DİN-dən bildirilib ki, hüquq-mühafizə orqanı əməkdaşları daxil olan operativ məlumatı yoxlayıblar.

"Yaxalama" planı yoxdur, informasiya təsdiqlənməyib, ictimai asayiş pozulmayıb", - məlumatda bildirilib.

******

Gecə saatlarında Mahaçqalada atışma olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Paylaşılan videoda bildirilir ki, şəhərin Lenin və Korkmasov küçələrində atışma səsləri eşidilir.

Təhlükəsizlik qüvvələri Universitet meydanını mühasirəyə alıb. Yaxınlıqdakı evlərin sakinləri təxliyə edilir.

Atışma səbəbindən polis yoldan keçənlərdən evlərinə getməyi və ya sığınacaq tapmağı xahiş edir.

Qeyd edək ki, 23 iyunda mahaçqala və Dərbənddə terakt törədilmişdi. Nəticədə ən azı 16 polis, 5 mülki şəxs ölmüşdü.

Milli.Az


Etiketlər:  Mahaçqalada atışma universitet meydanı bağlandı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ