Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan idmanında son 8 ilin rekordu

Azərbaycan idmanında son 8 ilin rekordu

Tarix: 26 Iyun 2024 10:40

Paris-2024 Yay Olimpiya Oyunları öncəsi Dünya İdman Reytinqi (WSR) açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, siyahıda planetin 206 ölkəsi yer alıb.

Azərbaycan cədvəldə 67-cidir. İdmançılarımız 2024-cü ilin arxada qalan hissəsində 6,770 xal toplayıblar.

Ölkəmiz ötən illə müqayisədə 5 pillə irəliləyib. 2023-cü ilin yekununda Azərbaycan 72-ci olub.

Ümumiyyətlə, indiki 67-ci yer son 8 ilin ən yüksək nəticəsidir. 2016-cı ildə dünyada 50-ci olan Azərbaycan sonrakı illərdə belə yüksək mövqedə yer almayıb. Səkkiz il əvvəlki uğur isə Rio-2016-da əldə olunan nailiyyətlər sayəsində reallaşıb.

Qeyd edək ki, reytinqə ABŞ başçılıq edir - 138,339. Norveç 110,640 xalla ikinci, İtaliya 108,344 xalla üçüncüdür.

Milli.Az


Etiketlər:  Azərbaycan idmanında ilin rekordu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ