Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2024 14:54
"Qəbələ" növbəti transferini gerçəkləşdirib.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, "qırmızı-qaralar" Urfan İsmayılovu heyətinə qatıb.
28 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. İsmayılov ötən mövsüm "Qaradağ Lökbatan"ın formasını geyinib. O, bunadək "Rəvan-2", "Zirə-2", "Şamaxı" və "Səbail"də çıxış edib.
Qeyd edək ki, "Qəbələ" Urfana qədər müdafiəçi Vüqar Həsənovu heyətinə qatıb.