Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2024 20:58
Ukraynanın üzv olacağı təqdirdə Avropa Birliyi hərbi əməliyyatların iştirakçısına çevrilməli olacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo deyib.
"Bu o deməkdir ki, müharibə edən ölkə Lissabon müqaviləsinə uyğun olaraq hərbi əməliyyatlara qoşulmalı olan AB-nin bir hissəsi olacaq", - Filippo bildirib.
Onun sözlərinə görə, Ukraynanın AB-yə üzv olması bazarda haqsız rəqabət səbəbindən fransız fermerlərin məhv edilməsinə və qeyri-qanuni miqrasiya üçün daha bir qapının yaranmasına gətirib çıxaracaq.
"Qoy Ukrayna daxil olsun, biz isə AB-dən çıxaq. Özü də tezliklə", - Filippo fransızlara çağırış edib.