Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2024 22:06
AVRO-2024-də İngiltərə ilə heç-heçə edərək "pley-off"a yüksələn Sloveniya millisi oyundan sonra öz nailiyyətini qeyd edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, yığmanın futbolçularından Erik Yanja Polşanın "Qurnik" klubundakı komanda yoldaşı, Almaniya millisinin sabiq hücumçusu, 2014-cü ilin dünya çempionu Lukas Podolskiyə zəng edərək yemək üçün 50 dönər sifariş edib.
Podolski öz obyektində sifarişləri hazırlatdıraraq, onları içkilərlə birlikdə Sloveniyanın şənlik təşkil etdiyi məkana göndərib.
Sloveniya Futbol Federasiyası "X" platformasında Podolskiyə təşəkkür edib.