Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2024 17:36
Brüsseldə Ukrayna və Avropa İttifaqı arasında təhlükəsizlik sazişi imzalanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, sazişi Ukrayna tərəfindən Prezident Vladimir Zelenski, Aİ tərəfindən isə Aİ Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen imzalayıb.
Şarl Mişel "X" hesabında bildirib ki, sazişdəki öhdəliklər Ukraynaya özünü müdafiə etməyə, sabitliyin pozulmasına qarşı durmağa və gələcək təcavüz aktlarının qarşısını almağa kömək edəcək.
"Bu, Aİ-nin Ukraynanı uzun müddət dəstəkləməkdə sarsılmaz qətiyyətinin daha konkret sübutudur", - Şarl Mişel əlavə edib.